...

BOS Şelf heyəti “Könüllü Donor” aksiyasına qoşulur (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2020 14:23 (UTC +04:00)

Bakı. Trend:

BOS Şelf şirkətinin əməkdaşları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş "Könüllü donor" aksiyasına qoşulub.

Trend-in məlumatına görə, aksiya COVID-19 pandemiyası ilə əlaqədar talassemiyadan, hemofiliyadan əziyyət çəkən, habelə təcili əməliyyata ehtiyacı olan şəxslər üçün həyati risk yaradan qan çatışmazlığın qarşısını almaq üçün təşkil edilib.

Pandemiya zamanı yaşanan donor sayının kəskin azalması bu tip xəstələr üçün qan tədarükünü demək olar ki mümkünsüz edib. Vəziyyət talassemiyadan əziyyət çəkən xəstələrin, o cümlədən yaşamaq üçün gündəlik qan tədarükünə ehtiyacı olan uşaqların həyatı üçün yüksək risk yaratmaqdadır.

“Könüllü donor” aksiyasına cəsarətli addımları ilə töhfə verən, yüzlərlə insanın həyatını xilas edən hər kəsə minnətdarlıq hissləri BOS Şelf rəhbərliyi tərəfindən qeyd olunub.

“Bütün Bəşəriyyətin qarşılaşdığı bu çətin vaxtlarda, həyatı risk altında olan insanlara, xüsusəndə müntəzəm qan köçürülməsinə ehtiyacı olan talassemiyadan əziyyət çəkən uşaqlara kömək etməyi özümüzə borc hesab edirik”.

8 aprel tarixində Respublika rəhbərliyinin dəstəyi və Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin və Azərbaycan Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının iştirakı ilə start götürmüş “Könüllü donor” aksiyası, talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə dəstək olmaq üçün ölkə üzrə vətəndaşları cəlb etməyə davam etməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti