...

Vyaçeslav Fetisov: Prezident İlham Əliyev ölkənin bu mürəkkəb vəziyyətdən minimal itkilərlə çıxması üçün hər şeyi edir (VİDEO)

Cəmiyyət Materials 5 May 2020 11:24 (UTC +04:00)
Rusiya Dövlət Dumasının deputatı, əfsanəvi hokkeyçi Vyaçeslav Fetisov koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan və Rusiyanı dəstəkləyib
Vyaçeslav Fetisov: Prezident İlham Əliyev ölkənin bu mürəkkəb vəziyyətdən minimal itkilərlə çıxması üçün hər şeyi edir (VİDEO)

Bakı. Vüqar İmanov - Trend:

Rusiya Dövlət Dumasının deputatı, Dövlət Dumasının bədən tərbiyəsi, idman, turizm və gənclərlə iş komitəsi sədrinin birinci müavini, ikiqat Olimpiya çempionu, əfsanəvi hokkeyçi Vyaçeslav Fetisov Trend-ə ünvanladığı videomüraciətdə koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan və Rusiyanı dəstəklədiyini bildirib.

V.Fetisov dəfələrlə ölkəmizdə olub və hər zaman bütün sahələrdə yüksək inkişaf səviyyəsini qeyd edib.

Videomüraciətdə deyilir:

“Əziz dostlar! Dünya misilsiz bir vəziyyətlə qarşılaşıb və bunun fəsadları planetdə yaşayan hər bir insana təsir edəcək. Hökumətlər sosial özünütəcridlə bağlı bütün narahatlıqları minimallaşdırmaq üçün hər şeyi edir. Bu dövrdə ön plana günümüzün qəhrəmanları – həkimlər, xilasedicilər, yanğınsöndürənlər, polislər, sosial işçilər və könüllülər çıxdı. Biz bir-birimizi dəstəkləmək, bu qəliz müddəti aşmaq üçün əlimizdən gələn hər şeyi etməliyik. Ancaq bu yolla bu bəlanın öhdəsindən gələ bilərik”.

Əfsanəvi idmançı Prezident İlham Əliyevin ölkədə koronavirusun kütləvi yayılmasının qarşısının alınması ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirib:

“Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə və xalqın bu mürəkkəb vəziyyətdən minimal itkilərlə çıxması üçün hər şeyi edir. Məmnuniyyətlə dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıya gəlmək və bayram masası arxasında sizin şərəfinizə sağlıq demək imkanını gözləyəcəm. Bu gün Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi münasibətilə təbrik ünvanlamaq mənim üçün böyük şərəfdir. Biz hər şeyi edəcəyik ki, bizim ümumi qələbəmiz əsrlər boyunca yaşasın. Özünüzü qoruyun”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti