...

Pandemiya işsizlik səviyyəsinin artmasına ciddi təsir göstərməyəcək - Anar Əliyev

Cəmiyyət Materials 8 May 2020 12:40 (UTC +04:00)
Pandemiya işsizlik səviyyəsinin artmasına ciddi təsir göstərməyəcək - Anar Əliyev

Bakı. İlhamə İsabalayeva – Trend:

Pandemiya ölkədə işsizlik səviyyəsinin artmasına ciddi təsir göstərməyəcək.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni TV” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı Dövlət Statistika Komitəsi ilə birlikdə təhlillər aparılır: “Pandemiya dövründə hökumət qarşısında duran əsas məsələ əhalinin məşğulluğunun təmin edilməsidir. Biz qeyri-formal məşğul əhalini əsas hədəf seçmişik. Bu insanlar yalnız qeyri-formal əməkhaqqı alır, bunlar bütün kompensasiyalardan məhrum olmuş şəxslərdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti