...

Xaricdən idxal olunan infeksiya göstəricisi 9,1 faiz təşkil edib - Ramin Bayramlı

Cəmiyyət Materials 9 May 2020 17:40 (UTC +04:00)
Xaricdən idxal olunan infeksiya göstəricisi 9,1 faiz təşkil edib - Ramin Bayramlı

Bakı. İlhamə İsabalayeva – Trend:

Xaricdən idxal olunan infeksiya göstəricisi 9,1 faiz təşkil edib.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, xaricdən idxal edilən infeksiya ilə bağlı göstərici onu deməyə əsas verir ki, xaricdən gələn vətəndaşlar karantində saxlanılmalıdır.

Qeyd edilir ki, infeksiyanın yoluxma göstəricisi Bakı şəhəri üzrə 47,5, Gəncə-Qazax bölgəsi üzrə 13,6 faiz, Aran bölgəsi üzrə 10,2 faiz, Lənkəran üzrə 9,4 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti