...

Zorakılıqdan zərərçəkənlər üçün dövlət yardım mərkəzləri və "Qaynar xətt" yaradılacaq

Cəmiyyət Materials 21 May 2020 10:54 (UTC +04:00)
Zorakılıqdan zərərçəkənlər üçün dövlət yardım mərkəzləri və "Qaynar xətt" yaradılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda məişət zorakılığından zərərçəkənlər üçün dövlət yardım mərkəzlərinin və "Qaynar xətt"in yaradılması nəzərdə tutulur.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Azərbaycanda zorakılıqdan zərərçəkənlər üçün dövlət yardım mərkəzlərinin olmadığını da vurğulayan T.İbrahimovanın sözlərinə görə, bu məsələ komitə tərəfindən yeni hazırlanan Milli Fəaliyyət Planının layihəsinə daxil edilib. Layihə artıq Nazirlər Kabinetinə təqdim edilib. Sənəd yaxın günlərdə təsdiq edilə bilər.

O bildirib ki, sənəd layihəsində məişət zorakılığından zərərçəkənlərin hüquqlarının müdafiəsi, onlara qanunvericilikdə nəzərdə tutulmuş yardımların göstərilməsi istiqamətində fəaliyyətlərin gücləndirilməsi, bu yardımları göstərən mütəxəssislər üçün təlimlərin keçirilməsi, dövlət orqanlarının məişət zorakılığının qarşısının alınması istiqamətində fəaliyyət göstərən mütəxəssislərinin biliklərinin artırılması, metodiki vəsaitlərin hazırlanması, qanunvericiliyin daha da təkmilləşdirilməsi, bu sahədə maarifləndirmə tədbirlərinin artırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və s. məsələlər öz əksini tapıb.

Komitə rəsmisi artıq dünyanın bir çox ölkələrində belə fəaliyyət planının olduğunu, Azərbaycanda da buna ehtiyac duyulduğunu nəzərə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti