...

Arif Məmmədov: Aprel-may ayları ərzində hava nəqliyyatı ilə 25 min sərnişin daşınıb

Cəmiyyət Materials 11 İyun 2020 17:20 (UTC +04:00)
Arif Məmmədov: Aprel-may ayları ərzində hava nəqliyyatı ilə 25 min sərnişin daşınıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Aprel-may ayları ərzində hava nəqliyyatı ilə 25 min sərnişin daşınıb.

Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın bu gün keçirilən iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov deyib.

Onun sözlərinə görə, bu rəqəmlər Azərbaycana və xarici ölkələrə edilən çarter reysləri ilə baş tutub:

“Bu dövr ərzində hava nəqliyyatı ilə yük daşımalarına heç bir qadağa qoyulmayıb və hətta yükdaşımalarda 25-27% artım olub. Bundan başqa, aprel-may aylarında 25 minə yaxın sərnişin daşınıb. Bu, Azərbaycana və xaricə olan çarter reysi ilə həyata keçirilən uçuşlar üzrə olub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti