...

TƏBİB: Xəstəliyin təsdiqi üçün aparılan testin nəticəsi orta hesabla 1 günə açıqlanır

Cəmiyyət Materials 12 İyun 2020 18:04 (UTC +04:00)
TƏBİB: Xəstəliyin təsdiqi üçün aparılan testin nəticəsi orta hesabla 1 günə açıqlanır

Bakı. İlhamə İsabalayeva – Trend:

Xəstəliyin təsdiqi üçün aparılan testin nəticəsi orta hesabla 1 günə açıqlanır.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxma diaqnozu PSR üsulu ilə aparılır: “Testlərin nəticələri 6 saat ərzində məlum olur, amma test nəticəsinin sistemə yüklənməsi bir qədər vaxt aparır və buna görə nəticənin açıqlanması gecikə bilər. Digər tərəfdən, xəstəliyin sayı artdıqca müraciətlərin də sayı artır”.

V.Əliyev əlavə edib ki, yoluxma sayında artım olarsa, karantin rejiminin müddəti artırıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti