...

İyunun 15-i Milli Qurtuluş gününə həsr olunmuş “Şərəfli tariximiz” adlı onlayn tədbir keçiriləcək (VİDEO)

Cəmiyyət Materials 13 İyun 2020 21:12 (UTC +04:00)
İyunun 15-i Milli Qurtuluş gününə həsr olunmuş “Şərəfli tariximiz” adlı onlayn tədbir keçiriləcək (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin birgə təşəbbüsü ilə 15 iyun saat 14:00-da Milli Qurtuluş gününə həsr olunmuş “Şərəfli tariximiz” adlı onlayn tədbir keçiriləcək.

Trend-in məlumatına görə, könüllü təşkilatları və hərəkatlarının üzvləri, ictimai fəal gənclər və gənc sənətçilərin iştirakı ilə baş tutacaq bədii hissədən sonra gənclər üçün intellektual müsabiqə təşkil olunacaq. Sualları ilk olaraq cavablandıracaq şəxslər dəyərli hədiyyələrlə mükafatlandırılacaqdır.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti