...

Ali məktəblərə müsabiqə şərtləri məlum oldu

Cəmiyyət Materials 17 İyun 2020 10:52 (UTC +04:00)
"Abituriyent" jurnalının 2-ci sayında 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib.
Ali məktəblərə müsabiqə şərtləri məlum oldu

Bakı. İlhamə İsabalayeva - Trend:

"Abituriyent" jurnalının 2-ci sayında 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib.

Dövlət İmtahan Mərkəzdindən Trend-ə verilən məlumata görə, jurnalda, həmçinin 2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan (situasiya, mətn və mənbə əsasında hazırlanan) tapşırıqların izahı, qiymətləndirmə meyarları, elmi-metodiki təhlili və statistik göstəri­ciləri də dərc olunub.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti