...

Kamran Əliyev: 5000-ə yaxın avtomobil artıq karantin postlarından keçməyə cəhd edib

Cəmiyyət Materials 20 İyun 2020 11:44 (UTC +04:00)
Kamran Əliyev: 5000-ə yaxın avtomobil artıq karantin postlarından keçməyə cəhd edib

Bakı. Samir Əli - Trend:

Karantin qaydalarına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, dünən axşamdan Bakı, Sumqayıt və Abşerondan olan şəxslər rayonlara getməyə cəhd göstəriblər:

"5000-ə yaxın avtomobil artıq karantin postlarından keçməyə cəhd edib. Onlar geri qaytarılıb. Sürücülərdən xahiş olunur ki, heç kim buna cəhd etməsin. Heç kim karantin postundan xahiş edib keçə biləcəyini düşünməsin. Daxili İşlər Nazirliyi əməkdaşı qərar qəbul edə bilir, buna görə də heç kim polislə mübahisə etməsin. Suallara cavab üçün Daxili İşlər Nazirliyinin 012 590 80 20 qaynar xətti var. Bura müraciət edə bilərsiniz. Əgər icazə verilməsə, nəyəsə cəhd edib polislə mübahisə etməyin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti