...

Koronavirusa yoluxan şəxs yenidən yoluxa bilər? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 20 İyun 2020 11:55 (UTC +04:00)
Koronavirusa yoluxan şəxs yenidən yoluxa bilər? - RƏSMİ AÇIQLAMA

Bakı. İlhamə İsabalayeva - Trend:

COVID-19-a yoluxanların yenidən bu xəstəliyə tutulması barədə hələ konkret fikir söyləmək mümkün deyil.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, adətən, respirator xəstəlikləri keçirən insanlarda bu virusa qarşı çox uzunmüddətli immunitet yaranmır: “Bu barədə çox suallar verilir. Mənim qohumlarım arasında da xəstəliyi ağır keçirənlər var. Mən özüm də onlara qorunmağı tövsiyə edirəm. Pnevmaniya müalicə edildikdən sonra 2 həftə ərzində xəstələr mütləq özlərini qorumalıdırlar”.

Y.Qarayeva qeyd edib ki, artıq xəstəliyi keçirmiş insanlar arasında streoloji testlərin keçirilməsinə başlanılıb: “Biz bununla öyrənirik ki, yoluxub sağalmış insanlarda xəstəliyə qarşı immunitet yaranıb, ya yox”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti