...

Müalicəyə ehtiyacı olan rayon sakinləri xüsusi arayışla Bakıya gələ bilər

Cəmiyyət Materials 20 İyun 2020 11:58 (UTC +04:00)
Müalicəyə ehtiyacı olan rayon sakinləri xüsusi arayışla Bakıya gələ bilər

Bakı. Samir Əli - Trend:

Rayon ərazisində xüsusi müalicəyə ehtiyacı olan şəxslər xüsusi arayışla Bakıya gələ bilər.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərə tibb müəssisəsinə gəlmək üçün şərait yaradılır: "Son günlər 200 nəfərdən artıq şəxs tibbi arayışla karantin postlarını keçib. Əsasən tibbi arayışla Bakıya gələnlər Siyəzən rayonundandır".

Xəbər lenti

Xəbər lenti