...

Koronavirusdan sağalan şəxslərə 21 gün işə çıxmamağı tövsiyə edirik - TƏBİB

Cəmiyyət Materials 20 İyun 2020 12:16 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün 39-40 temperaturu olan şəxslər virusa yoluxmasını ayıb hesab edərək onu qohum-qonşudan gizlətməyə çalışırlar.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bunu hətta həkimlərdən də eşidib: “COVİD-19 yeni və çox ağır gedişatlı xəstəlikdir. Burada utanmalı heç nə yoxdur. Bu virusa hər kəs yoluxa bilər. Biz xəstəxanadan evə yola saldığımız şəxsə 21 gün işə çıxmamağı tövsiyə edirik. Xalqımızın xəstə ziyarətinə getmək kimi adəti var. Bir müddət bu adətimizi yığışdırmalıyıq. Hətta rayonlardan da COVID-19-a yoluxduğunu bilib xəstə yanına gələn insanlar olub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti