Bakı. Trend:
Türk Hava Yolları iyul ayında təxirə salınan uçuşlar haqqında məlumat yayıb.
Şirkətdən Trend-ə bildirilib ki, iyul ayının çərşənbə və cümə günlərində icra edilməsi planlanan və bu gün ləğv olunan İstanbul - Bakı - İstanbul uçuşları bərpa olunub. Bilet almış bütün sərnişinlər öz qaydasında ölkələrinə qayıda biləcəklər.
Yaranmış olan bu narahatlıq səbəbi ilə Türk Hava Yolları sərnişinlərdən üzrxahlıq edir.