...

Sumqayıtda supermarketlər və apteklərdə maska taxmayanlara qarşı reydlər keçirildi (FOTO/VİDEO)

Cəmiyyət Materials 7 İyul 2020 15:26 (UTC +04:00)
Sumqayıtda supermarketlər və apteklərdə maska taxmayanlara qarşı reydlər keçirildi (FOTO/VİDEO)

Bakı. Trend:

Sumqayıt şəhərində polislər iri supermarketlər və apteklərdə maska və əlcəkdən istifadə etməyənlərə qarşı reydlər keçirib.

DİN-in Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Supermərketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Reydlər zamanı maketə maskasız daxil olan və buna göz yuman obyektlərin əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar. Həmçinin tədbir zamanı kassalar qarşısında növbələrin yaranmasının qarşısını almaq məqsədi ilə marketlərdə işləməyən kassaların da fəaliyyəti polislərin müdaxiləsindən sonra bərpa edilib. Supermarketlərdə maska və əlcəksiz işləyən kassirlər aşkar oluduğu təqdirdə isə həmin obyekt sahibi ciddi cəzalandırılıb.

Tədbir zamanı Sumqayıt şəhərindəki apteklərdə sanitar-gigiyenik qaydalarına əməl etməyək tibbi maska və əlcəksiz işləyən satıcılara da xəbərdarlıq edilərək barələrində ciddi intizam tədbirləri görülüb.
Reydlər zamanı polislər tərfindən market və aptek sahiblərinə, eləcə də alıcıların diqqətinə sanitar-karamtin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.

Bir daha nqeyd edək ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə edilməlidir. Əks halda həmin şəxslər və onların maskasız daxil olduqları qapalı məkan sahibləri ciddi cəzalandırılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti