...

Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizi Moskvadan vətənə çatdırıb (FOTO)

Cəmiyyət Materials 12 İyul 2020 22:23 (UTC +04:00)
Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizi Moskvadan vətənə çatdırıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 12-si Moskvadan 233 sərnişinlə növbəti çarter reysi yerinə yetirib.

AZAL-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Airbus A340" hava gəmisi ilə Azərbaycan vətəndaşları Vətənə çatdırılmışdır. Bundan əlavə, Heydər Əliyev Fondunun dəvəti ilə həmin reyslə Bakıya 22 Rusiyalı həkim gətirilmişdir. Bu həkimlər koronavirus pandemiyası ilə mubarizədə kömək göstəcəklər.

Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti