...

Azərbaycanda daha 347 nəfər koronavirusa yoluxdu, 531 nəfər sağaldı, 6 nəfər öldü

Cəmiyyət Materials 23 İyul 2020 16:40 (UTC +04:00)
Azərbaycanda daha 347 nəfər koronavirusa yoluxdu, 531 nəfər sağaldı, 6 nəfər öldü

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 28 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 20 974 nəfər müalicə olunaraq sağalıb, 391 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 615 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829, ötən müddət ərzində isə 658 782 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti