...

Ermənistanda daxili ictimai-siyasi vəziyyət gərgindir – “Hədəf”də TƏHLİL

Cəmiyyət Materials 19 Avqust 2020 23:06 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda sosial problemlərdən boğaza yığılan ermənilər ölkə rəhbəri Nikol Paşinyana qarşı kütləvi etirazlara başlayıblar. Küçə “demokrat”ı Paşinyan hakimiyyətə gələrkən verdiyi vədlərin heç birinə əməl etməyib. İşğalçı ölkədə sosial gərginlik fəlakət həddinə çatıb. Ermənistan hakimiyyəti isə diqqəti daxili problemlərdən yayındırmaq üçün xarici siyasətlə bağlı populist bəyanatlar verməkdədir.

Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında Ermənistan daxilindəki gərgin situasiya müzakirəyə çıxarılıb. Verilişin qonaqları, Milli Məclisin deputatı Hikmət Məmmədov və beynəlxalq idarəetmə üzrə tədqiqatçı, politoloq Əhməd Əlili düşmən ölkədəki vəziyyəti təhlil ediblər. Bildirilib ki, faktiki olaraq Ermənistanda daxili ictimai-siyasi vəziyyət gərgindir. Hazırda Paşinyan hakimiyyətinə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Ermənistanın baş nazirinin yarıtmaz daxili və xarici siyasəti düşmən ölkə ictimaiyyətini bezdirib. Əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Bu da hazırkı hakimiyyətə qarşı təhlükə yaradıb. Ekspertlər vurğulayıb ki, Paşinyan hesab edir ki, özünün formalaşdırdığı qondarma xarici təhlükə mövzusu ilə hakimiyyətinə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Amma Ermənistan rəhbərliyi bununla nəyəsə nail ola bilməyəcək. Və bu gün populist
Paşinyan çıxılmaz vəziyyətdə qalıb.

Verilişin tam versiyasını “YouYube” kanalımızdan izləyə bilərsiniz https://www.youtube.com/watch?v=tuXp0pO-xVY&list=PLOBkCoG0eyX7xoeRbVe_UDH8-gINYpV42&index=2&t=0s.

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti