Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 29-na olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 384 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 910 890 test aparılıb. Aktiv xəstə sayı 2 069 nəfərdir, onlardan 140 nəfər reanimasiyadadır, 16 nəfər isə süni tənəffüs aparatına qoşulub.