...

Soydaşlarımızın iştirakı ilə “Vətən naminə” layihəsi reallaşdırılıb

Cəmiyyət Materials 9 Sentyabr 2020 13:00 (UTC +04:00)
Soydaşlarımızın iştirakı ilə “Vətən naminə” layihəsi reallaşdırılıb

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Xaricdə yaşayan azərbaycanlıların iştirakı ilə Azərbaycana həsr olunmuş “Vətən naminə” layihəsi gerçəkləşdirilib.

Diasporla iş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatda bildirilir ki, "İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan layihədə Azərbaycanda, ABŞ, Kanada, Türkiyə, Niderland, Almaniya, Fransa, Ukrayna, İspaniya, İtaliya, Litva, Misir və digər ölkələrdə yaşayan 27 soydaşımız iştirak edib.

Onlar Şəmistan Əlizamanlının ifa etdiyi “Əsgər marşı” əsərini (musiqisi Yaşar Baxışın, sözləri Cəlal Qurbanovundur) xüsusi jestlərlə izləyicilərin diqqətinə çatdırıblar. Süjetdə Prezident, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” bəyanatını səsləndirdiyi, Azərbaycan Ordusunun şücaətini əks etdirən kadrlar yer alıb. Bununla da həmvətənlərimiz müstəqil Azərbaycan dövlətini dəstəklədiklərini və Vətənin hər uğurundan qürur duyduqlarını nümayiş etdiriblər.

Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, “Beynəlxalq Azərbaycan Xanımları Klubunun” rəhbəri Kəmalə Ceylinova layihənin ərsəyə gəlməsində iştirakı olan hər kəsə dərin minnətdarlığını bildirib.

Bu barədə daha ətraflı şəkildə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: http://www.haber.nl/sosyal-kalkinmayi-destekleme-halk-birliginin-anavatan-icin-projesi-gerceklestirildi/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti