...

Ürək-damar xəstəlikləri aşkar edildikdə nə etmək lazımdır?

Cəmiyyət Materials 18 Sentyabr 2020 09:35 (UTC +04:00)
Ürək-damar xəstəlikləri aşkar edildikdə nə etmək lazımdır?

Bakı. Trend:

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının uzman ürək cərrahı Elməddin Əliyevin “Ürək-damar xəstəlikləri aşkar edildikdə nə etmək lazımdır?” sualını cavablandırıb.

Son illər bütün dünyada həmçinin, ölkəmizdə ürək xəstəlikləri sürətlə artır və cavanlaşır. Hazırda uşaqlardan böyüklərə qədər həm genetik olmaqla, həm də qazanılmış ürək xəstəlikləri çoxalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ürək-damar xəstəlikləri dünyada baş verən ölüm hadisələrinin 10 səbəbindən birincisidir. Belə ki, bütün ölüm hadisələrinin 21,9%-i məhz ürək-damar xəstəlikləri səbəbindən baş verir.

Müasir tibb sürətlə inkişaf edir. Ürək-damar xəstəliklərinin müalicəsində mühüm nailiyyətlər əldə edilib. Həkimə müraciət etməklə, zamanında xəstəliyi aradan qaldırmaq mümkündür. Ürək-damar xəstəlikləri həm dərman terapiyası, həm də cərrahi müdaxilə yolu ilə müalicə olunur. Dr Elməddin Əliyev bu xəstəliklərin müalicəsini asanlaşdırmaq və ya qarşısını almağın yolları barədə tövsiyələrini bildirdi.

İlk öncə ürək xəstəliklərin yaranma səbəblərini nəzərdən keçirək. Həyat tərzi, hərəkətsizlik, stress, qeyri-sağlam qidalanma burada əsas yeri tutur. Göründüyü kimi, bütün bunları aradan qaldırmaq və müalicə yolu ilə bu xəstəliklərdən sağalmaq mümkündür.Ürək-damar xəstəlikləri aşkar edildikdə ilk növbədə, fiziki aktivliyi artırmaqla, hərəkət etməklə özünüz sağlamlığınızı qorumuş olarsınız.

Məsələn, oturaq həyat tərzi keçirən insanlar, günlərini masa və kompüter arxasında keçirən ofis işçiləri heç olmazsa işdən sonra bir neçə saat hərəkət etməlidir. Həftəsonu isə mümkün qədər çox gəzmək, idmanla məşğul olmaq, açıq havada olmaq məsləhətdir. Ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri də arterial təzyiqin normada olmamasıdır. Əgər siz yüksək təzyiqdən əziyyət çəkirsinizsə, bu xəstəliyi idarə edə bilərsiniz.

Təzyiqiniz çox yüksəkdirsə, mütləq həkimə müraciət edib müalicə almalısınız. Bununla yanaşı, sağlam qidalanmaya keçmək məsləhətdir. Duzlu, yağlı, qızardılmış qidalardan uzaq olmaq lazımdır. Qidalanma ilə əlaqədar xolesterolunuz yüksəkdirsə, bunu pəhriz ilə həll etmək mümkündür.

Ürək-damar xəstəliklərindən qorunmağın yollarından biri də stressdən uzaq olmaqdır. Məlumdur ki, bir çox ağır xəstəliklərin ilkin səbəbi stressdir. Stress bir çox xəstəlikdə olduğu kimi, ürək xəstəliklərində də əsas risk faktorudur.Bəzən insanlar siqaretin və alkoqollu, enerjili içkilərin zərərini bilsə də, bunu ağır xəstəliklərin səbəbi hesab etmirlər. Bu, səhv fikirdir. Alkoqolu və siqareti qəbul etməyi dayandırmaqla, ağır xəstəliklərdən qorunmuş olarsınız.

(012) 404-08-08

Bakı, K.Kazımzadə, 118

#Elməddinəliyev #uzmanürəkcərrahı #uzmanhəkim

#ürəkxəstəlikləri #həkimməsləhəti #həkimtövsiyəsi

#MərkəziGömrükHospitalı #CentralCustomsHospital

Məqalədə:
Xəbər lenti

Xəbər lenti