...

Qubada bir kənddə 8 müəllim koronavirusa yoluxub

Cəmiyyət Materials 21 Sentyabr 2020 21:42 (UTC +04:00)
Qubada bir kənddə 8 müəllim koronavirusa yoluxub

Bakı. Asif Mehman - Trend:

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində koronavirusla bağlı vəziyyətə dair məlumat yayıb.

Nazirlikdən Trend-ə bildirilib ki, bu günə olan məlumata əsasən, koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti