...

Kanadada yaşayan soydaşlarımız deputat Reyçel Harderin qərəzli münasibətinə etiraz ediblər

Cəmiyyət Materials 5 Oktyabr 2020 19:24 (UTC +04:00)
Kanadada yaşayan soydaşlarımız deputat Reyçel Harderin qərəzli münasibətinə etiraz ediblər

Bakı. Trend:

Kanadada fəaliyyət göstərən Alberta–Azərbaycan Mədəniyyət Cəmiyyəti ölkənin xarici işlər naziri Fransua Filip Şampana (François-Philippe Champagne) məktubla müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məktubda Kanada parlamentinin üzvü Reyçel Harderin davamlı olaraq verdiyi açıqlamaları və hərəkətləri ilə bağlı dərin narahatlıq bildirilib. Qeyd edilib ki, deputatın 28 sentyabr 2020-ci il tarixində sosial şəbəkələrdə yazdığı məktubda Azərbaycan və Ermənistan arasında münaqişədən bəhs edilib və həmin məktubu oxuyan istənilən şəxsdə yanlış fikir yarana bilər. Çünki deputat hadisələri təhrif edərək Ermənistanın yolverilməz hərəkətlərini Azərbaycanın adına çıxarıb. Deputatın yazdığı bir çox fikirlər kökündən yanlışdır:

- Çünki sentyabrın 27-də Azərbaycanın təmas nöqtəsindəki ərazilərinə məhz Ermənistan hücum edib;

- Azərbaycanın yaşayış məntəqələrinə artilleriya zərbələri endirməklə Ermənistan mülki sakinləri qətlə yetirib;

- Ermənistan silahlı qüvvələri Azərbaycana özünümüdafiədən başqa yol qoymadığından Azərbaycan ordusu ölkəmizin beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində separatist qüvvələrə qarşı əks-hücuma keçib;

- məhz Ermənistan qlobal pandemiyaya baxmayaraq, dəfələrlə atəşkəs rejimini pozub. Bu hücumlardan biri 12 iyul 2020-ci ildə baş verib və nəticədə Tovuz rayonunun dinc sakini həlak olub. Azərbaycan icması bu barədə xarici işlər naziri Şampana yazdığı məktubunda iyul hücumunun qurbanları barədə ətraflı məlumat verib. Qlobal pandemiyaya rəğmən, Ermənistan sentyabrın 27-də yenidən Azərbaycana hücum edib.

Soydaşlarımız qeyd ediblər ki, Azərbaycanın maraqları qeyri-adi deyil. "Azərbaycan milli təhlükəsizliyini və vətəndaşlarını qoruyur. Bu dəyərlərə görə Azərbaycanı günahlandırmaq sağlam düşüncədən kənardır".

Nazirin nəzərinə çatdırılıb ki, Azərbaycan icmasının üzvləri Reyçel Harderin iştirak etdiyi 30 sentyabr tarixli ictimai toplantıya qatılmaq istəsələr də, görüşə büraxılmayıblar. Azərbaycan icmasının bütün üzvləri soyadlarına görə ayrı-seçkiliyə məruz qalırlar və ictimai toplantılara buraxılmırlar. Reyçel Harder isə azərbaycanlı icmasının üzvlərinin şərhlərini səhifəsindən silir və bloklayır.

"Biz ümid edirik ki, Kanadanın parlament üzvlərinin qəbul etdikləri hər addımın və qərarın arxasında araşdırılmış və dəqiqləşdirilmiş əsaslar dayanır. Biz ümid edirik ki, Siz, nazir Şampan yuxarıda deyilən faktları və son günlərdəki Ermənistan–Azərbaycan toqquşmalarının çoxcəhətli mürəkkəbliyini nəzərə alacaqsınız", - deyə vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti