Bakı. Trend:
"AzeriMed" MMC-nin kollektivi Milli Ordumuzun erməni işğalçılarına qarşı Vətən Müharibəsində əldə etdiyi uğurları, düşmənin əzəli torpaqlarımızdan qovulub çıxarılmasının gündən- günə geniş vüsət almasını böyük ruh yüksəkliyi və sevinclə qarşılamışdır. Şirkətin Vətənin çağırışına dərhal cavab verərək cəbhənin müxtəlif bölgələrinə könüllü olaraq yollanmış 49 əməkdaşı da xalqımızın uğurla yazdığı zəfər salnaməsinin əsas iştirakçılarıdır.
Xəbər verildiyi kimi, hərbi əməliyyatlar başalayandan "AzeriMed"MMC rəhbərliyinin orduya dəstək məqsədilə ayırdığı 500 min manatlıq həyati vacib əhəmiyyətli sərfiyyat materialları və dərman preparatları davamlı şəkildə Azərbaycan Ordusunun sərəncamına göndərilmişdir. Bundan sonra da ordu üçün, cəbhə üçün lazım olan bu tipli tibbi məhsullar mütəmadi şəkildə müxtəlif hərbi birləşmələrə çatdırılacaqdır.
Bu günlərdə hər zaman dövlətimizin, ordumuzun yanında olan şirkət işçiləri də ümumi qələbəmiz üçün dəstək aksiyalarına qoşulmuşlar. "AzeriMed"MMC-nin əməkdaşları Azərbaycan Ordusuna Dəstək Fonduna 250 min manat ianə toplayıb təhvil vermişlər.
"AzeriMed"MMC-nin kollektivi Azərbaycan Silahlı Qüvvələrinin yaxın zamanda erməni işğalçıları üzərində həlledici və qeyd-şərtsiz qələbə çalacağına ürəkdən inanır və bu müqəddəs mübarizədə qəhrəman əsgərlərimizə uğurlar arzulayır!
Qarabağ Azərbaycandır!