...

Mərkəzi Gömrük Hospitalında Patomorfoloji diaqnostika şöbəsi yaradılıb

Cəmiyyət Materials 28 Oktyabr 2020 15:51 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında Patomorfoloji diaqnostika şöbəsi yaradılıb

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalında tətbiq olunan tibb xidmətlərinin inkişafı istiqamətində daim yeniliklərə imza atılır, stuktur dəyişiklikləri aparılır.

Hospitaldan Trend-ə bildirilib ki, tibb sahəsinin inkişafına verilən dəyərin göstəricisi kimi Hospitalımızda müasir tələblərə və yeni çağırışlara cavab verən Patomorfoloji diaqnostika şöbəsi yaradılmışdır. Xəstəliklərin müalicə taktikasının seçilməsində patomorfoloji diaqnostikanın nəticələri əvəzsiz rola malikdir.

Patomorfoloji diaqnostika vasitəsilə mövcud olan onkoloji və qeyri-onkoloji xəstəliklərin yaranma səbəbi müəyyən edilir və xəstəliyin inkişaf mərhələsi təyin edilir. Mərkəzi Gömrük Hospitalında Patomorfoloji diaqnostika şöbəsində bütün ümumi histoloji, sitoloji, histokimyəvi, geniş miqyaslı immunohistokimyəvi müayinələr yüksəkixtisaslı həkim-patomorfoloqlar tərəfindən həyata keçirilir. Patomorfoloji diaqnostika şöbəsinin həkimləri daim öz üzərində çalışır, qarşılıqlı hörmət və dəstək prinsipi ilə işləyirlər.

Patomorfoloji Diaqnostika şöbəsinin rəisi, həkim patomorfoloq Zərifə Yusifli, həkim patomorfoloqlar Şıxəliyev Müqabil, Emin Mirzəyev pasiyentlərdən alınan toxumaların hazırlanmasında ən müasir avadanlıqlar və daim yenilənən Avropa istehsalı olan reaktivlərdən istifadə edirlər. Həmçinin, cərrahi əməliyyatlar zamanı əvəzedilməz sayılan intraoperativ konsultasiya şöbənin patomorfoloqları tərəfindən qısa müddət ərzində yüksək səviyyədə həyata keçirilir.

Burada yaxın gələcəkdə xarici ölkələrdə mövcud olan, ölkəmizdə ilk sayıla biləcək müayinələrin edilməsi planlaşdırılır. Patomorfoloji diaqnostika şöbəsinin həkimlərinin hər biri bu çətin və məsuliyyətli dövrdə vətəndaşlarımıza ən yüksək səviyyədə xidmət və qayğı göstərir. Unutmayaq ki, insan sağlamlığı hər zaman ən önəmli nemətdir və erkən, vaxtında, düzgün qoyulmuş diaqnoz xəstə həyatını xilas edə bilər!

Patomorfoloji Diaqnostika şöbəsinin rəisi, həkim patomorfoloq Zərifə Yusiflini, həkim patomorfoloqlar Müqabil Şıxəliyevi, Emin Mirzəyevi, immunohistokimya mütəxəssis Kəmalə Abaslını, laborant Səkinə Əliyevanı, laborant Qafur Kamalovu, kiçik tibb işçisi Gülnarə Zeynalovanı bu münasibətlə təbrik edir və fəaliyyətlərində uğurlar qazanmasını arzulayırıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti