...

Türkiyədə çalışan daha 20 azərbaycanlı həkim könüllü olaraq hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib (FOTO)

Cəmiyyət Materials 9 Noyabr 2020 16:45 (UTC +04:00)
Türkiyədə çalışan daha 20 azərbaycanlı həkim könüllü olaraq hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib (FOTO)

Bakı. Trend:

Türkiyədə çalışan daha 20 azərbaycanlı həkim könüllü olaraq cəbhədə torpaqlarımız uğrunda vuruşan hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib.

Trend-in məlumatına görə, bu, Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və TƏBİB-in dəstəyi ilə reallaşıb.

Bununla yanaşı, xaricdə təhsil alan azərbaycanlı həkimlərdən də növbəti dəstək gəlib. Belə ki, Türkiyə, Almaniya və ABŞ-da oxuyan həkimlərimiz və həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə ölkəmizə 1 tondan çox tibbi ləvazimat göndərilib.

Qeyd edək ki, 1 ay öncə də cəbhədəki hərbçilərimizə xidmət göstərmək üçün 45 həkim Azərbaycana gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti