...

Qarabağ torpaqlarına sancılan Azərbaycan bayraqları bir daha enməyəcək - Ali Erbaş

Cəmiyyət Materials 10 Noyabr 2020 14:14 (UTC +04:00)
Qarabağ torpaqlarına sancılan Azərbaycan bayraqları bir daha enməyəcək - Ali Erbaş

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın Qarabağ savaşında qələbəsini təbrik edirəm. Trend-in məlumatına görə, bunu Türkiyənin Diyanət işləri başqanı Ali Erbaş Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü" mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadr: “Bu qələbə münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm.

Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi bütün terror əməllərini və şiddətini lənətləyirəm və qınayıram. Azərbaycan ilə Türkiyə tək ürəkdir. Türkiyə hər mücadiləsində Azərbaycanın yanında olmağa davam edəcək. Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi hamımzı çox sevindirib. İşğaldan azad olunmuş ərazilərdə azanlar oxunacaq və qiyamətə qədər bu azanlar Qarabağ torpaqlarından susmayacaq, Qarabağ torpaqlarına sancılan Azərbaycan bayraqları bir daha enməyəcək. Bu savaşda canını qurban verən bütün şəhidlərə rəhmət, yaralılara da şəfa diləyirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti