...

Şagirdlərin yerdəyişməsinə başlanılır

Cəmiyyət Materials 12 Noyabr 2020 16:40 (UTC +04:00)
Şagirdlərin yerdəyişməsinə başlanılır

Bakı. İlhamə İsabalayeva - Trend:

16 noyabr saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi portalı aktiv olacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti