...

Nant şəhərində Azərbaycanın tarixi qələbəsi qeyd edilib

Cəmiyyət Materials 14 Noyabr 2020 18:37 (UTC +04:00)
Nant şəhərində Azərbaycanın tarixi qələbəsi qeyd edilib

Bakı. Trend:

Fransanın Nant şəhərində yaşayan soydaşlarımız Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi münasibətilə avtoyürüş təşkil ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, yürüşdə onlarla azərbaycanlı iştirak edib, üzərində Azərbaycan və Türkiyə bayraqları olan avtomobil karvanı şəhərin küçələrini dolaşıb.

Daha sonra tədbir iştirakçıları “Qarabağ Azərbaycandır!” şüarı səsləndirib, həmrəylik və birlik rəqsi olan “Yallı” gediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti