...

Bir qrup Bolqarıstan vətəndaşı Azərbaycan əsgərlərinə məktublar ünvanlayıb

Cəmiyyət Materials 17 Noyabr 2020 19:45 (UTC +04:00)
Bir qrup Bolqarıstan vətəndaşı Azərbaycan əsgərlərinə məktublar ünvanlayıb

Bakı. Trend:

Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi münasibətilə “Əsgərə məktub” layihəsi çərçivəsində bir qrup Bolqarıstan vətəndaşı tərəfindən Azərbaycan əsgərlərinə məktublar ünvanlanıb.

Trend-in məlumatına görə, istedadlı bolqar rejissor, Bakıda keçirilən Beynəlxalq Teatr Konfranslarının iştirakçısı Xristo Stoyçev, Bolqarıstanın Ehtiyatda olan Serjantlar və Zabitlər İttifaqının sədri, ehtiyatda olan general Zlatan Stoykov və İttifaqın üzvü, ehtiyatda olan polkovnik Todor Enev, Bolqarıstanın Kırcali şəhərində fəaliyyət göstərən “KırcaaliHaber” qəzetinin sahibi Müzəkki Ahmed və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində “Azərbaycan dili” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə təhsil almış, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunmuş yay məktəblərinin iştirakçısı Momçil Şopov müzəffər Azərbaycan əsgərlərinə məktublar ünvanlayaraq onları Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən parlaq qələbə münasibətilə təbrik ediblər.

Məktublarda onlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycan ordusunun uğurları və qələbələrindən, eləcə də Ermənistan-Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasından məmnunluqlarını ifadə edib, müharibədə həlak olan qəhrəmanlarımızın ailələri və yaxınlarına başsağlığı bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti