...

Könüllülərin Vətən müharibəsində zərərçəkmişlərə “Birlikdə dəstək” yardım kampaniyası davam edir (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2020 13:18 (UTC +04:00)
Könüllülərin Vətən müharibəsində zərərçəkmişlərə “Birlikdə dəstək” yardım kampaniyası davam edir (FOTO)

Bakı. Trend:

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən edilən hücumlar nəticəsində zərər çəkmiş vətəndaşlarımıza mənəvi və maddi dəstək olmaq məqsədilə başladılan “Birlikdə dəstək” aksiyası davam edir.

Bu dəfə xeyirxah tərəfdaş və vətəndaşların dəstəyi ilə Azərbaycan könüllüləri tərəfindən Ağdam və Tərtər rayonlarında yaşayan ailələr ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin edilib, onlar bu dəfə bağlamaları tarixi qələbənin hər bir Azərbaycan vətəndaşına bəxş etdiyi böyük sevinc hissi ilə təqdim ediblər.

Qeyd edək ki, aksiya Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə başladılıb. Aksiyaya qoşulmaq istəyən şəxslər gec xarab olan ərzaq məhsulları, yararlı qış geyimləri, müxtəlif növ ev əşyaları, mətbəx əşyaları, uşaqlar üçün oyuncaqlar, boyama kitabçaları və s. ianə edə bilərlər, eyni zamanda maddi ianə də etmək mümkündür. İanə edilən məhsullar və kart hesabına köçürülən maddi vəsait hesabına alınan məhsullar könüllülər tərəfindən çeşidlənərək bağlamalara yığılır və zərər çəkən vətəndaşlarımıza çatdırılır.

Dəstək olmaq istəyən vətəndaşlar linkdə qeyd olunan ünvanlara yaxınlaşa və ya qaynar xətt ilə əlaqə saxlaya bilərlər.

Ünvanlar: https://cutt.ly/ygAbaQk

Qaynar xətt: 070 266 80 90

Ətraflı:

Facebook: https://www.facebook.com/birlikdedestek/

İnstagram: https://www.instagram.com/birlikde.destek/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti