...

Könüllülərin “Azərbaycan - Türkiyə Həmrəylik Görüşü” baş tutub (FOTO)

Cəmiyyət Materials 3 Dekabr 2020 20:24 (UTC +04:00)
Könüllülərin “Azərbaycan - Türkiyə Həmrəylik Görüşü” baş tutub (FOTO)

Bakı. Trend:

3 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyənin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə “Gənc Könüllülərin Azərbaycan-Türkiyə Həmrəylik Görüşü” baş tutub. Tədbirdə hər iki qurumun nəzdində fəaliyyət göstərən eyniadlı Gənc Könüllülər hərəkatlarının 500-ə yaxın üzvü onlayn şəkildə iştirak edib.

Gənclər Fondundan Trend-in məlumatına görə, çıxışlarda “Bir millət, iki dövlət” şüarına uyğun iki ölkə arasındakı qardaşlıq münasibətləri, ortaq milli-mənəvi dəyərlər, mədəniyyət və dil barədə çıxışlar edilib, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi Türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunduğu qeyd olunmuş, şəhid olan əsgər və zabitlərin əziz xatirəsi yad edilmişdir.

Görüş istedadlı gənc könüllülərin öz bacarıqlarını nümayiş etdirməsi və həyatın müxtəlif sahələrinin inkişafına təkan verən innovativ ideyalarını səsləndirməsi ilə davam etdirilib. Görüşdə iştirak edən hər iki qurumun nümayəndələri gələcəkdə Azərbaycan və Türkiyə gənclərinin və könüllülərinin təcrübə mübadiləsinin təşkil olunması üçün birgə layihələr həyata keçirəcəklərini bildirdilər. Ortaq əməkdaşlıq və birgə layihələr barəsində ictimaiyyətə əlavə olaraq məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti