...

"YAŞAT" Fondu cəmiyyətimizin, vətəndaşlarımızın fondu olacaq - Agentlik sədri

Cəmiyyət Materials 8 Dekabr 2020 12:19 (UTC +04:00)
"YAŞAT" Fondu cəmiyyətimizin, vətəndaşlarımızın fondu olacaq - Agentlik sədri

Bakı. Elçin Mehdiyev – Trend:

Yeni yaradılan "YAŞAT" Fondu şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına dövlət dəstəyinə əlavə olaraq yaradılan bir fonddur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Ü.Mehdiyev bildirib ki, son dövrlərdə vətəndaş cəmiyyətinin üzvləri şəhid ailələrinə və Qarabağ veteranlarına dəstək olmaq istəyirlər.

Ü.Mehdiyev vurğulayıb ki, Fondun yaradılmasında məqsəd vətəndaş cəmiyyəti üzvlərinin şəhid ailələrinə və Qarabağ veteranlarına dəstəyinin şəffaflaşdırılması üçün plaftorma yaratmaqdır: “Orada şəhidlər və yaralılar barəsində ətraflı məlumat əks olunacaq. İstənilən şəxs həmin platforma vasitəsilə şəhid ailələrinə və yaralılara ayırdığı ianənin hara və necə xərcləndiyini görəcək. Bir sözlə bu fond cəmiyyətimizin, vətəndaşlarımızın fondu olacaq. Bu elə bir platforma olacaq ki, hər kəs burada ianələrin hara və necə xərcləndiyini açıq aydın görəcək. Eyni zamanda hər bir ianə edən şəxsin bu platformada kabineti olacaq və o kabinet vasitəsilə ianə edən şəxslərin vəsaitinin hara xərcləndiyi, o cümlədən ianə edilən ailə haqqında məlumat əldə ediləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti