...

Bakıda iki həkim koronavirusdan ölüb (FOTO)

Cəmiyyət Materials 11 Dekabr 2020 11:42 (UTC +04:00)
Bakıda iki həkim koronavirusdan ölüb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda iki həkim koronavirusdan dünyasını dəyişib.

Trend-in məlumatına görə, TƏBİB-in yaydığı xəbərdə bildirilir ki, 8 saylı Şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə. Əfəndiyev adına 2 nömrəli Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərimizdən idi:

"Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti