...

Xüsusi karantin rejimi dövründə ev heyvanlarının gəzdirilməsi üçün icazənin alınma qaydası açılanıb

Cəmiyyət Materials 12 Dekabr 2020 17:11 (UTC +04:00)
Xüsusi karantin rejimi dövründə ev heyvanlarının gəzdirilməsi üçün icazənin alınma qaydası açılanıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) ev heyvanlarını gəzdirməklə bağlı məsələyə aydınlıq gətirib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ərzaq və dərman almaq, bank və poçt xidmətlərindən istifadə etmək üçün, habelə açıq havada vaxtın keçirilməsi ilə əlaqədar SMS vasitəsi ilə evdən çıxmaq icazəsi almış şəxslər 3 saat müddətində həm də ev heyvanlarını gəzdirə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti