...

ÜST TƏBİB-ə 1 milyon tibbi maska təhvil verib (FOTO)

Cəmiyyət Materials 18 Dekabr 2020 10:02 (UTC +04:00)
ÜST TƏBİB-ə 1 milyon tibbi maska təhvil verib (FOTO)

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 1 milyon ədəd tibbi maska təhvil verilib.

Trend-in məlumatına görə, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı və TƏBİB-in tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva təhvil-təslim aktını imzalayıblar.

Bundan sonra da müvafiq tərəfdaşlara və yerli qurumlara tibbi maskaların paylanması davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti