...

AQTİ bitki sağlamlığı sahəsində fəaliyyət göstərən laboratoriyalarda mütəxəssis vəzifələrinə işə qəbul elan edir

Cəmiyyət Materials 24 Dekabr 2020 18:59 (UTC +04:00)
AQTİ bitki sağlamlığı sahəsində fəaliyyət göstərən laboratoriyalarda mütəxəssis vəzifələrinə işə qəbul elan edir

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakı şəhəri və regionlar üzrə bitki sağlamlığı sahəsində fəaliyyət göstərən laboratoriyalarda mütəxəssis vəzifələrinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:
- Bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin mövcud olub – olmamasını müəyyən edir;
- Aşkarlanmış zərərli orqanizmlərin diaqnostikası üçün entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizaların həyata keçirilməsində iştirak edir;
- Laboratoriya tədqiqatları üzrə sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli hazırlanmasını təmin edir;
- Görülmüş işlər barədə aylıq hesabatları hazırlayır;
- Qanunvericilik aktlarında nəzərdə tutulan digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
- Fitosanitar laborator diaqnostika sahəsində baza biliklərə malik olmalı;
- Bitki karantini və Fitosanitar nəzarəti sahəsindəki qanunları, fərmanları və qərarları bilməli;
- Müayinələrin həyata keçirilməsini və müayinə nətiəcələrinin sənədləşdirilməsini bilməli;
- Müayinələr zamanı cihaz və avadanlıqlardan istifadə qaydalarını, onlara minimum texniki qulluq tələblərini bilməli;
Ali təhsil tələbi:
- Bakalavriat səviyyəsi – Bioloq, bitki mühafizəsi, aqronomluq. Magistratura səviyyəsi arzuolunandır.
- Xaricdə təhsil almış və ya təcrübə keçmiş şəxslərə üstünlük verilir.
Təcrübəyə dair tələb:
- Azərbaycan dilini səlis bilməlidir. Rus və ya ingilis dili arzuolunandır;
Şərtlər:
- İş qrafiki: Tam iş günü

Üstünlüklər:
- Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunması
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ fitosanitariya mütəxəssisi” yazaraq 01.02.2021 tarixinə qədər [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır.

Qeyd: Yalnız tələb olunan sahəyə dair CV-lərə baxılacaqdır.
Suallar ilə bağlı qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz: +99412 377-00-20 (530) AQTİ-nin Kadrlar şöbəsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti