...

Buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunacaq

Cəmiyyət Materials 28 Dekabr 2020 11:25 (UTC +04:00)
Buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın 2-3 gün ərzində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (qəbul imtahanının I mərhələsi) üçün “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunacaq.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, 9-cu siniflərə aid olan jurnalda buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları, ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) Təhsil Nazirliyi ilə razılaşdırılmış yeni modeli dərc edilib. 2021-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcəkdir. İmtahanda şagirdlərə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənni üzrə 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunacaq.
Jurnalda xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllaryer¬ləşdirilib (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (qəbul imtahanının I mərhələsi) üçün “Abituriyent” jurnalında da fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və balların hesablanma qaydası dərc edilib.
Jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllaryer¬ləşdirilib (http://dim.gov.az/news/2504/).

Hər iki jurnal Azərbaycan və rus dilində dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti