...

Hostimul xidmətlərini 73 ölkəyə çatdırdı

Cəmiyyət Materials 29 Dekabr 2020 16:15 (UTC +04:00)
Hostimul xidmətlərini 73 ölkəyə çatdırdı

Bakı. Trend:

Hosting - 2020-ci il pandemiyanın məcbur etdiyi sosial təcridlər səbəbi ilə bizneslərin rəqəmsal dünyaya keçidini sürətləndirdi və kütləviləşdirdi. Bu prosesin daha asan və problemsiz həyata keçməsi üçün internet və hosting provayderlərinin üzərinə daha böyük məsuliyyət düşdü və onların iş qrafikinin gərginliyini dəfələrlə artırdı. Bu məsuliyyətin və gərginliyin öhdəsindən layiqincə gəlməyi bacaran şirkətlərdən biri də Hostimul şirkəti oldu.

Hostimul şirkəti 2020-ci ili böyük uğurlarla və nəailiyyətlərlə tamamlayır. Şirkət 2017-ci ildə fəaliyyətə başlamasına baxmayaraq, qısa müddət ərzində özünün domen qeydiyyatı, hostinq, virtual, bulud və fiziki serverlərin icarəsi kimi xidmətlərini dünyanın 4 qitəsi üzrə 73 fərqli ölkədən müştərilərə çatdırmağa nail oldu. Avropa, Asiya, Amerika və Afrika qitələrində geniş müştəri bazasına sahib olan şirkət xüsusi ilə paylaşılan hosting (shared hosting), VPS və fikizi serverlərin icarəsi xidmətlərinin satışı üzrə əhəmiyyətli göstəricilər əldə etdi və cari il üçün qarşıya qoyulan hədəfləri uğurla tamamladı.

Hostimul şirkəti növbəti ildə də öz uğurlu fəaliyyətinin hesabatını vermək diləyi ilə bütün xalqımızı qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edir, azad, firəvan, pandemiyasız, həmrəylik dolu, zəfər xəbərləri ilə müjdələnmiş xoşbəxt günlər arzulayır. Hosting üçün hərzaman ən etibarlı ünvan, Hostimul.com saytıdır.

Xəbər lenti

Xəbər lenti