...

“Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı sənədli film hazırlanıb (VİDEO)

Cəmiyyət Materials 31 Dekabr 2020 19:51 (UTC +04:00)
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı sənədli film hazırlanıb (VİDEO)

Bakı. Trend:

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Azərbaycan Televiziyası tamaşaçılara yeni sənədli film təqdim edəcək.

Trend-in məlumatına görə, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı sənədli filmdə dünya azərbaycanlılarının həmrəyliyi fəlsəfəsinin 44 günlük müharibə dövründə, Azərbaycan xalqının zəfərində böyük yer aldığı faktlarla təsdiq edilir.

Film boyu baş qəhrəman sanki bu bayramın yarandığı dövrlərə gedir, 1989-cu ilə qədər sovet Azərbaycanındakı diaspor hərəkatının tarixçəsinə baş vurur və həmin ildə Naxçıvanda başlayan Sərhəd hərəkatından danışır. Daha sonra o, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis olunmasını bəyan edir.

Filmdə Naxçıvanda Sərhəd hərəkatı dövründə çəkilən və indiyədək efirə getməyən tarixi xronikalar yer alıb.

Ssenari müəllifi İlqar Fəhmi, rejissoru Ramil Ağasıyev, aparıcısı Ziya Ağa, operatorlar Tariyel Hacızadə, Fahir Səmədoğlu, montaj rejissoru Rasim Ramazanov, assistent isə Mirzə Əliyev olan film bu gün saat 20:45-də AzTV-də yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti