...

Füzuli sakinləri təsərrüfatlarını doğma yurdlarında daha da genişləndirəcəklər (FOTO)

Cəmiyyət Materials 1 Yanvar 2021 15:12 (UTC +04:00)
Füzuli sakinləri təsərrüfatlarını doğma yurdlarında daha da genişləndirəcəklər (FOTO)

Bakı. Trend:

44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun Füzuli rayonunu erməni işğalından azad etməsi ilə bu rayondan olan sakinlərin də yurd həsrəti bitdi. Artıq onlar doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, qurumun tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilən xeyli sayda Füzuli rayonundan olan məcburi köçkünlər də var.

Proqram çərçivəsində verilmiş mal və materiallar, avadanlıqlar hesabına onlar müxtəlif sahələr üzrə kiçik ailə bizneslərini qurublar. Yaratdıqları bu bizneslərini doğma Füzuliyə aparacaqlarını və doğma yurdlarında daha da genişləndirəcəklərini söyləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti