...

Şəhid ailələrinə Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib (FOTO)

Cəmiyyət Materials 14 Yanvar 2021 17:57 (UTC +04:00)
Şəhid ailələrinə Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Daha bir neçə Vətən müharibəsi şəhidlərinin ailələrinə Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Bu gün 1 saylı Bakı DOST mərkəzinin əməkdaşları daha bir neçə şəhid ailəsində olaraq, onların sosial vəziyyətlərini öyrəniblər. Həmin ailələrə sosial ödənişlərin də təyinatı aparılıb, həmçinin Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib.

Bu dəfə isə şəhid ailələrinin üzvləri olan Ruxsarə Məmmədovaya, Rahilə Ramazanovaya, Şəhla Ağayevaya, Emulya Rzayevaya, Fərqiyyə Həşimovaya “Şəhid ailəsi üzvü vəsiqəsi” təqdim edilib.

Şəhid ailəsi üzvlərinə sosial dəstək tədbirləri barədə məlumat verilib, onların yaşayışlarının DOST Agentliyi tərəfindən daim diqqətdə saxlanacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti