...

Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb

Cəmiyyət Materials 20 Yanvar 2021 14:21 (UTC +04:00)
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan əhalisinin sayı 2020-ci ilin əvvəlindən 56292 nəfər və ya 0,6 faiz artaraq 2020-ci il dekabr ayının 1-i vəziyyətinə 10 123 400 nəfərə çatıb.

Trend-in məlumatına görə, əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti