...

Azərbaycanda boş iş yerlərinin sayı açıqlanıb

Cəmiyyət Materials 29 Yanvar 2021 11:38 (UTC +04:00)
Azərbaycanda boş iş yerlərinin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilədə biz vakansiya bankı tətbiq etdik və vakansiya bankında 2020-ci il ərzində 190 mindən artıq vakansiya formalaşdı.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, hal-hazırda vakansiya bankında 20 mindən artıq vakansiya hələdə mövcuddur və bu, dəyişən rəqəmdir: “Eyni zamanda biz fərdi məşğulluq proqramlarının elektron tərtibatına başladıq və bu prosesin davamı olaraq biz bir çox əlavə rəqəmsal layihələrə start verdik. Bunların içərisində əmək və məşğulluq alt sistemi daxildir”.

Xəbər lenti

Xəbər lenti