Milli Prioritetlərin reallaşdırılması ölkəmizdə yüksək sosial rifah cəmiyyətinin formalaşmasını təmin edəcək - Səttar Möhbalıyev

Milli Prioritetlərin reallaşdırılması ölkəmizdə yüksək sosial rifah cəmiyyətinin formalaşmasını təmin edəcək - Səttar Möhbalıyev

Bakı. Trend:

“Bu gün Azərbaycan dövləti tərəfindən ölkədə əhalinin rifahının daha da artırılması məqsədilə sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində davamlı olaraq məqsədyönlü və yüksək effektivliyə malik addımlar atılır. Son illər ərzində əldə olunmuş sosial-iqtisadi və siyasi nailiyyətlər bu ndan sonra Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, sahib olduğumuz potensial və imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.”

Bu sözləri Trend-ə müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Əməkadşımızın suallarını cavablandıran millət vəkili bildirib ki, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin müəyyənləşdirilməsi bu sahədə növbəti illərdə daha yüksək iqtisadi göstəricilərin əldə olunmasına zəmin yaradır: “İlk növbədə qeyd etmək lazımdır ki, Vətən müharibəsində əldə olunmuş tarixi qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar regionda həm də yeni iqtisadi mənzərə formalaşdırıb. 30 ildən artıq müddət ərzində davam edən münaqişənin effektiv həlli regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji göstəricidir. Həmçinin torpaqlarımızın işğaldan azad olunması ölkəmiz üçün həm də əlavə iqtisadi imkanlar açmışdır. Məlumdur ki. bu ərazilər böyük iqtisadi potensiala malıikdir və Azərbaycan sözsüz ki, bu potensialdan yararlanacaq. Həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına qatılması, yeni yaradılan və bərpa edilən beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək.”

Daha sonra AHİK sədri vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş Milli Prioritetlər növbəti onillikdə iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılmasını təmin etmək baxımından qarşımızda tamamilə yeni imkanlar açır: “Heç şübhəsiz bu gün Azərbaycan iqtisadiyyatının inkişaf sürəti və dinamikası indiyədək dünyanın heç bir ölkəsində müşahidə olunmayıb. Lakin Ölkə Prezidenti tərəfindən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş beş Milli Prioritet bu inkişafı artıq tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə çıxaracaq. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat – ölkə iqtisadiyyatının davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmasını, bu əsasda yüksək gəlirli iş yerlərinin yaradılmasını, insanların həyat səviyyəsinin ilbəil yaxşılaşmasını nəzərdə tutur. Həmçinin bu prioritetin reallaşdırılması ilə qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payıının artırılmasına və iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olunacaq. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət – bu prioritetin reallaşması ilə inkişafdan hər bir vətəndaşın bəhrələnməsinə, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsinin təmin edilməsinə, yüksək və ədalətli sosial təminata, ölkədə yoxsulluğun və işsizliyin səviyyəsinin minimuma endirilməsinə nail olunacaq. Eyni zamanda bu prioritet paytaxt və regionların tarazlı inkişafını, bu məqsədlə regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resursların tamamilə iqtisadi dövriyyəyə cəlb edilməsini nəzərdə tutur. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı – bu prioritetin əsas məqsədi gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün ölkəmizin yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas amillər kimi diqqət mərkəzinə çəkilir. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış – təbii ki, ölkənin ərazi bütövlüyünün təmin olunması ilə işğal dövründə öz doğma torpaqlarından köçkün düşən insanların vətənə, dədə-baba yurdlarına qayıdışının təmin olunması kimi son dərəcə vacib bir prosesi nəzərdə tutur. Bu prioritet vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Bunun üçün isə, Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Nəhayət, Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi – ekoloji təmiz texnologiyaların tətbiqinə, təmiz enerji mənbələrindən istifadəyə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası işlərinə əhəmiyyətli yer verilməsini nəzərdə tutur. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu prioritetin reallaşdırılması ilə Azərbaycan qlobal iqlim dəyişikliklərinə məruz qalan planetimizdə ekoloji tarazlığın bərpa olunması işinə öz töhfələrini vermiş olacaq.”

Sonda Səttar Möhbalıyev belə bir məqamı da vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş Milli Prioritetlərin reallaşması həm də milli birliyimizin daha bir təntənəsi kimi öz təzahürlərini tapacaq: “Prezident İlham Əliyevin həyata keçirdiyi bütün möhtəşəm layihə və proqramlar kimi, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər də Azərbaycan xalqının rifah səviyyəsinin yüksəldilməsinə və dövlətimizin iqtisadi-siyasi qüdrətinin artmasına dəqiq hesablanmışdır. Milli maraqlar, yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələri diktə edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Beləliklə də, müharibə və pandemiya dövrünün ağır sınaqlarından çıxmış milli birliyimiz növbəti illərdə də özünün bariz təzahürlərini tapacaqdır. ”

Naxçıvanın keçmiş təhsil naziri də həbs edildi
Naxçıvanın keçmiş təhsil naziri də həbs edildi
Azərbaycanda övladlığagötürmə asanlaşdırılır
Azərbaycanda övladlığagötürmə asanlaşdırılır
Sabah gözlənilən hava şəraiti açıqlanıb
Sabah gözlənilən hava şəraiti açıqlanıb
Loading Bars
Xəbər lenti
Naxçıvanın keçmiş təhsil naziri də həbs edildi
Azərbaycanda övladlığagötürmə asanlaşdırılır
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təsdiq edildi
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması daha bir il uzadılır
“Modern Diplomacy” portalında “Zəngəzur dəhlizi regional əməkdaşlığı stimullaşdıracaq” adlı məqalə dərc olunub
Sabah gözlənilən hava şəraiti açıqlanıb
Azad edilmiş ərazilərdə bələdiyyələrlə bağlı maarifləndirmə aparılmalıdır - Deputat
Aİ ilə "Aİ Biznes Mühiti Hesabatı 2020" sənədinin nəticələrini müzakirə edirik - Nazir
Qarabağ sülh müqaviləsinin icrası davamlı sülh və təhlükəsizlik üçün əsas amildir - "Azernews" qəzeti
Öz yaxınlarınıza və tərəfdaşlarınıza “Xurcun Luxury Nuts, Sweets & Dried fruits” ilə birgə sevinc bəxş edin (FOTO)
Türkiyə iki şirkətin neft-qaz kəşfiyyatı üzrə lisenziyasını uzadıb
YAP milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək - Naqif Həmzəyev
Bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib
Qubadlı və Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Bu günə kimi 4 527 şəxs öhdəliyə götürülüb - "YAŞAT" Fondu
Bərdədə mənzil qarət edən dəstə saxlanıldı (FOTO)
Həbsdə olan baş redaktor məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb
Azad edilmiş ərazilərdə bələdiyyələrin formalaşdırılacağı müddət açıqlanıb
138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
İlin əvvəlindən Ceyhan terminalı ilə 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Ötən həftə 455 şəhid ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
Müalicə üçün Azərbaycandan İrana səfər qaydaları açıqlanıb
Köhnə kafedən qumbara aşkarlandı
Ermənistan 30 il işğalda saxladığı ərazilərdə misilsiz mədəniyyət incilərini məhv edib - Deputat
Məhkumla videogörüşlərə icazə verilə bilər
Cəza çəkən şəxslərin qəbul imtahanlarında iştirakı təklif edilir
Hərbçilərə mənzil kirayəsi üçün kompensasiyanın artırılması təklif olunur
DSMF-nin həbs olunan sabiq əməkdaşının işi məhkəməyə göndərildi
FHN binalarda yanğın təhlükəsizliyi ilə bağlı reydlərə başladı (FOTO/VİDEO)
Qeydiyyata alınmayan binalarda mənzil satışına qadağa qoyulsun - TƏKLİF
Sabiq daxili işlər naziri, general-leytenant həbs olunub - RƏSMİ
Azərbaycanda 411 mindən çox insan vaksinasiya olunub
Damı uçan məktəbdə təmir işlərinə başlanılıb
Pensiya yaşına çatanlarla bağlı TƏKLİF
Müavinətlərin məbləğinin artırılması təklif edilir
Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub
Aliment Fondunun yaradılması təklif edilir
Şəxsiyyət vəsiqəsindəki fotoşəkildə baş örtüyündən istifadə edilə bilər
Hərbi qulluqçuların problemlərinin həlli daim dövlətimizin diqqətində olacaq - Spiker
Koronavirusa görə bağlanan bu məktəbdə dərslər bərpa olunub
Baş prokurorluğa vətəndaş müraciətləri ilə bağlı qaydalar açıqlanıb (VİDEO)
Milli Məclisin iclası keçirilir
Azərbaycan nefti bahalaşıb
Rusiyada fastfud reklamlarını azaltmaq təklif olunub
“Məşədibad hamamı”nın müştəriləri həbs edilib (FOTO)
Naftalanda indiyədək 1000-dən çox şəxsə vaksin vurulub
Narkotik alverçisindən 10 kiloqram marixuana götürülüb (FOTO)
182 mindən artıq fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Ermənistan UNICEF nümayəndəsinin mandatını dayandırıb
Azər Türk Bank kredit faizlərini endirdi
Azərbaycanda qızıl ucuzlaşıb
Mili həmrəylik dövlət siyasətinin strateji prioritetidir
Deputatlar bu gün 8 məsələnin müzakirəsinə toplaşır
Füzuli rayonunun Gorazıllı kəndi (VİDEO)
Azərbaycan və Türkiyənin Los Ancelesdəki baş konsulları Pakistan icmasının rəhbərləri ilə görüşüb (FOTO)
Vaksindən sonra təhlükəli xəstəliklərin yaranması fikirləri yalandır - Adil Allahverdiyev
Atasının avtomobili ilə avtoxuliqanlıq edən şəxs həbs olunub (FOTO)
İctimai iaşə obyektlərində 1000-dən çox nöqsan aşkar edilib
İsraildə ötən sutka koronavirusa 3 mindən artıq yoluxma qeydə alınıb
Ötən il ərzində Azərbaycanda istehsal edilən balın həcmi açıqlanıb
Martın 9-da xarici valyutaların manata qarşı məzənnələri
Dorsinin "Twitter"də ilk paylaşımının qiyməti 2,5 milyon dollara çatıb
Tovuzda iki minik avtomobili toqquşub
Estoniyada bir aylıq sərt karantin tətbiq edilir
Koronavirusla mübarizə tədbirləri qripə yoluxma hallarını azaldıb - ÜST
Almaniyada "YouTube"un işində qüsurlar qeydə alınıb
Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələri və Xocalı soyqırımı barədə danışılıb (FOTO)
Braziliyanın paytaxtında komendant saatı tətbiq edilib
Fransada ötən sutka koronavirusdan 359 nəfər ölüb
Yaponiyanın şimal-şərqində zəlzələ olub
"Facebook Messenger"in işində problemlər yaranıb
Bağdadda partlayış baş verib, xəsarət alanlar var
Niderlandda komendant saatı martın 31-dək uzadılıb
Britaniyada daha 4 712 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
ABŞ Ali Məhkəməsi Trampın seçkilərin yekunları üzrə son apellyasiya şikayətini rədd edib
Bu gün Azərbaycanda Yel çərşənbəsidir
Türkiyənin tanınmış aktyoru Rasim Öztekin vəfat edib
Türkiyədə koronavirusdan sağalanların sayı 2,63 milyon nəfəri ötüb
Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb
Afrikada koronavirusa yoluxanların sayı 4 milyon nəfərə çatır
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri keçdi
Ərdoğan və Conson ikitərəfli münasibətləri müzakirə ediblər
Avstriyada koronavirusun "Braziliya" ştammına ilk yoluxma halı qeydə alınıb
ASAN könüllülərindən şəhid xanımlarına diqqət (FOTO/VİDEO)
Suriya prezidenti Bəşər Əsəd və xanımı koronavirusa yoluxublar
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
AHİK sədri Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib
Azərbaycan qadınları daim nəcib, xeyirxah təşəbbüsləri ilə dünyaya nümunə olublar - Pərvin Kərimzadə
Azərbaycan Aİ-dən idxalı artırıb
Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldır
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açır (FOTO)
Roma papasının İraqa səfəri başa çatıb
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
ABŞ İran sərhədlərinə bombardmançı göndərdi
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb
Bütün xəbərlər