...

Çay sularından icazəsiz istifadə edilir - Nazirlik

Cəmiyyət Materials 9 Fevral 2021 16:35 (UTC +04:00)
Çay sularından icazəsiz istifadə edilir - Nazirlik

Bakı. İlhamə İsabalayeva –Trend:

Çay sularından icazəsiz istifadə halları müşahidə edilir.

Trend-in məlumatına görə, bunu bu gün “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, qanunsuz qoşulmalar uzun illər nazirliyi narahat edən əsas məsələlərdən biri olub.

M.Əbdülhəsənov qeyd edib ki, ötən il fiziki və hüquqi şəxslər tərəfindən 1000-ə yaxın qanunsuz qoşulma halı aşkarlanıb: “Bu halların hamısı sənədləşdirildi. Bu sulardan istifadə edənlərə məcburi göstərişlər verildi. İcazəsiz qoşulmalar su balansının idarəolunmasında da problemlər və su çatışmazlığı yaradır. Buna görə də belə hallara yol vermək olmaz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti