Şimal-qərb istiqamətində yeni yolun və körpülərin inşasına başlanılıb (FOTO)

Şimal-qərb istiqamətində yeni yolun və körpülərin inşasına başlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Avtomobil yollarına görə infrastrukturun inkişafi Azərbaycan üçün mühüm hesab olunur. Çünki ölkəmizin coğrafi mövqeyi onu Rusiya Federasiyası, İran İslam Respublikası və Gürcüstan, eləcə də Qara və Xəzər dənizləri arasında mühüm əlaqələndiriciyə çevirir.

Bundan başqa yolların yenidən qurulması insanların mənzil başına daha rahat və təhlükəsiz şəkildə çatmasını təmin edir. Bu üzdən dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, respublikanın dörd bir tərəfində yol infrastrukturunun yenilənməsi və müasirləşməsi prosesi gedir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, nəticədə son 5 ildə (2016-2020) yenidən qurulub, təmir edilən yolların təqribən 1550 km-i respublika əhəmiyyətli avtomobil yollarıdır. Cari ildə də icra edilən yol infrastrukturu layihələri arasında respublika əhəmiyyətli avtomobil yolları xüsusi çəkiyə malikdir.

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması bunun bariz nümunəsidir. Sözügedən avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur.

Mürəkkəb relyef şəraitində, tektonik hərəkətlərin baş verdiyi 9 ballıq aktiv seysmik zonada yerləşən, atmosfer sularının təsirindən sürüşməyə meylli dağ yamaclarından keçən mövcud yolda vaxtaşırı torpaq sürüşmələri baş verir. Məhz bu səbəbdən yeni layihədə Prezident İlham Əliyev yolun uzunömürlü və davamlı olması, sürüşkən ərazilərdə tikinti işlərinə diqqət yetirilməsi ilə bağlı xüsusi tapşırıqlarını verib.

Dövlət başçısının xüsusi tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Yeni layihə boyu 1 tunel, 8 böyük və 5 kiçik körpü də layihələndirilib. Bunlardan Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. 3 körpü – Ağsuçay, Gülyançay və Dəmiraparançay isə trassanın dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilib tikilir. Bundan başqa yol boyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir.

Bütün trassa boyu mövcud olan müxtəlif ölçülü yolaltı suötürücü borular da texniki vəziyyətləri pis olduğundan yenilənir.

Yolun trassası ilk 2 km-lik ərazidə Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə layihələndirilib. Nəticədə yolun Ağsuçayınadək olan hissəsində trassa 1.1 km, Ağsuçaydan sonrakı hissədə yol mövcuddan ayrılaraq yeni trassada yeni Ağsuçay körpüsü və tunel hesabına 1.4 km qısalır.

Belə ki, layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü layihələndirilib. Yol Ağsuçayı üzərindəki körpüdən sonra qarşılaşılan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçəcək. Basqal kəndi yaxınlığında trassanı düzləndirmək hesabına isə yol 2.2 km qısalır.

Digər hissələrdə layihələndirilən trassa Qəbələ şəhərinədək mövcud yol oxu ilə davam edir. Yolun trassası Qəbələ şəhərinə daxil olmadan soldan yeni trassa ilə Dəmiraparançay vadisindən keçərək şəhərin çıxışında mövcud trassaya birləşəcək. Bunun hesabına yol bu hissədə 5 km qısalır.

Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:

- Hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması;

- Yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması;

- İqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi;

- Sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi;

- Avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi;

- Regionda turizmin inkişafı.

Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.

Xocalı soyqırımı ilə Sumqayıt hadisələrinin ermənilər tərəfindən eyniləşdirilməsi absurddur - Deputat
Xocalı soyqırımı ilə Sumqayıt hadisələrinin ermənilər tərəfindən eyniləşdirilməsi absurddur - Deputat
Sumqayıt hadisələrinin əsas motivi "Böyük Ermənistan" yaratmaq idi - Tarixçi alim
Sumqayıt hadisələrinin əsas motivi "Böyük Ermənistan" yaratmaq idi - Tarixçi alim
Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur - Səttar Möhbalıyev
Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur - Səttar Möhbalıyev
Loading Bars
Xəbər lenti
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib (VİDEO)
“Bazarstore”da pozuntular aşkarlanıb
Unibank daha çevik idaretmə modelinə keçib
Bakı-Quba yolunda ağır qəza - Ölən var (FOTO)
Xocalı soyqırımı ilə Sumqayıt hadisələrinin ermənilər tərəfindən eyniləşdirilməsi absurddur - Deputat
QHT-lərə Dövlət dəstəyi Şurasında yoxlamalar yekunlaşıb
İranda koronavirusdan gündəlik ölüm sayı artıb
Yelo Bankdan biznes sahiblərinə Novruz kampaniyası
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Sumqayıt Texnologiyalar Parkı kadr hazırlığı məqsədilə növbəti “STP Təcrübə Proqramı - 2021”layihəsinə başlayır!
Sumqayıt hadisələrinin əsas motivi "Böyük Ermənistan" yaratmaq idi - Tarixçi alim
STAR neft emalı zavodu xam neft idxalını artırıb
Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur - Səttar Möhbalıyev
Xocalı soyqırımı XX əsrin faciəsidir - Monteneqro və Bosniya mediası (FOTO)
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı və azad olunan ərazilər barədə reportaj hazırlayıb (FOTO)
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Yaz ağac əkininə Zəngilandan start verilir
Soyqırım günahkarları mühakimə edilənə qədər xocalıların yaraları sağalmaz - Estoniyalı yazıçı
Paşinyan geri addım atdı - "İskəndər"lə bağlı səhv məlumatlandırılmışam
İlahiyyat İnstitutunun tələbələri “İntihar problemi və onunla mübarizə yolları” mövzusunda vebinarda iştirak ediblər (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti qələbəsi idi - Deputat
Yerevanda bir qrup etirazçı hökumət binasına daxil oldu (VİDEO)
SWAP layihəsi çərçivəsində birinci kəşfiyyat quyusunun qazılması üçün bütün icazələr alınıb - BP
Azərbaycan region ölkələrinə sülh mesajını verdi - Səfir
Respublika Veteranlar Təşkilatında bir qrup müharibə iştirakçısı ilə görüş keçirilib (FOTO)
Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib (FOTO)
İran səfirliyi KİV-də yayılan məlumatı təkzib edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Suraxanı” tanker-muzeyinin açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər (FOTO/VİDEO)
Sabah rayonlara qar yağacaq
“AccessBank” tender elan edir
Ermənistan prezidenti və baş qərargah rəisi Paşinyanın iclasına qatılmadı
Gürcü tarixçi: Allah işğalçı erməniləri cəzalandırdı - Trend TV
BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
Qarabağdakı işğalın izləri silinir - "Yeni Şafak"
Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu alıb
Dövlət başçısı mətbuat konfransında regionun gələcəyi üçün mühüm mesajlar verdi - Deputat
Vaksinasiya xaricə getmək istəyənlər üçün də mühüm məsələyə çevrilib - Mütəxəssis
KOBİA sahibkarlıq subyektlərinin maliyyə bazarına çıxışını genişləndirib
Azərbaycan İran üçün çox önəmli ölkədir - Nazir müavini
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Şəhid ailələri və qazilərə qayğı dövlətin prioritet vəzifəsidir - Deputat
Sabunçuda silahlı narkotik alverçisi yaxalanıb (FOTO/VİDEO)
Yaxın günlərdə Yevlaxda KOB Evinin açılması planlaşdırılır
Qubadlıda postlar qurulub, təhlükəsizliyə nəzarət edilir - DİN (FOTO)
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb
İlin əvvəlindən Ceyhan terminalından 33 milyon bareldən çox AÇG nefti yola salınıb
Ağdaşda qardaşını öldürən qadının məhkəməsi başlayır
Ötən il KOBİA-nın təşəbbüsü ilə iki normativ-hüquqi akt təsdiq edilib
Baş infeksionist əhaliyə müraciət edib
AZƏRTAC-ın 101 yaşı tamam olur
Xocavənddə Ermənistan ordusunun atıb qaçdığı silah-sursat aşkarlandı
Azərbaycan diplomatiyasının növbəti qələbəsi
Avtomobillərini texniki baxışdan keçirməyən sürücülər cərimə ediləcək - DİN (FOTO/VİDEO)
Floridada "Xocalıya ədalət" tələbi ilə aksiyalar keçirilib (FOTO)
Estoniyada pandemiyaya görə yeni məhdudiyyətlər tətbiq olunub
“Rus ədəbiyyatı tarixi”nin birinci cildi işıq üzü görüb
"YAŞAT" Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi (FOTO)
Bakıda 20-dən artıq şəxsin pulunu bankomatdan oğurlayan şəxs yaxalandı (FOTO/VİDEO)
III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək
Şəhid ailələri və müharibə əlilləri üçün mənzil proqramı 5 dəfəyə yaxın genişlənəcək
Bank Respublika real sektora kreditləri 5% endirimlə təqdim edəcək
Azərbaycan ABŞ ilə əlaqələrin daha da genişlənəcəyini gözləyir - Sevil Mikayılova
Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Mədəniyyət naziri Türkiyədə səfərdədir (FOTO)
Sosial sahə üzrə builki prioritet istiqamətlər açıqlanıb
Vətən Müharibəsində orqanlarını itirən hərbçilərin hamısı bu il protezlərlə təmin olunacaq - Sahil Babayev
Prezident İlham Əliyev mətbuat konfransında təmkinlə ölkəmizin səmimi niyyətini açıqladı - Deputat
QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparılır - RƏSMİ
Azərbaycan daha gözəl gələcək qurmağa sadiqdir - Nazir
İstirahət günləri cinayət törədən 74 nəfər saxlanılıb
Ağdam rayonunun Güllücə kəndi (FOTO/VİDEO)
Bələdiyyə sədri qəbiristanlığa görə cərimələnib
Bu il Bakı, Sumqayıt və Abşerondakı bütün şəhid ailələri və müharibə əlilləri mənzillə təmin ediləcək - Nazir
Kapital Bank-ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başlayıb
Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı daha da artır - Deputat
5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzil veriləcək - Nazir
Cəlilabadda narkotik alan şəxsin evindən silah-sursat aşkarlandı (FOTO)
Tramp Baydeni ABŞ-ı müharibələrə cəlb etməkdə ittiham edib
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Hindistanın baş naziri koronavirusa qarşı peyvənd olundu
Mingəçevirdə evdən kişi meyiti aşkarlanıb
Bakı-Sumqayıt yolunda tıxac yaranıb (FOTO/VİDEO)
Filippində koronavirusa qarşı vaksinasiya başlayıb
Braziliyada ötən sutka koronavirusdan 755 nəfər ölüb
Misir mətbuatı Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransını geniş işıqlandırıb
Amsterdamda etiraz aksiyası keçirilib, bir neçə nəfər saxlanılıb
İsraildə koronavirusa yoluxanların sayı 775 min nəfərə çatır
“Mançester Yunayted” - “Çelsi” oyunu qolsuz başa çatıb
Fransada koronavirusa yoluxanların sayı 3,75 milyon nəfəri ötüb
Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib
Gürcüstana uçan Azərbaycan vətəndaşları artıq karantindən keçməyəcəklər
Şirvanda minik avtomobili yanıb
Türkiyədə son sutkada koronavirusdan 6 511 nəfər sağalıb
Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar - Serj Sarkisyan
İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırdı (FOTO)
ÜST: Dünyada ötən sutka koronavirusa 384 mindən çox yoluxma qeydə alınıb
Bütün xəbərlər