Hazırda temperatur iqlim normasından aşağıdır - Umayra Tağıyeva

Cəmiyyət Materials 18 Fevral 2021 15:30 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda temperatur fevral ayının iqlim normasından 2 dərəcəyə kimi aşağıdır.

Bunu Trend-ə ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, fevralın 17-dən müşahidə edilən proses nəticəsində ən aşağı temperatur ölkənin dağlıq və dağətəyi rayonlarında qeydə alınıb: "Böyük Qafqazın Şahdağ, Qrız ərazilərində və Kicik Qafqazın dağlıq ərazilərində havanın temperaturu mənfi 14 dərəcəyə kimi aşağı enib. Respublikanın Aran rayonlarında isə havanın temperaturu mənfi 1 dərəcədən müsbət 3 dərəcəyə kimi dəyişib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti