...

Vaksini ilk növbədə "şəkərim, təzyiqim var" deyənlər vurdurmalıdır - Həkim

Cəmiyyət Materials 2 Mart 2021 12:13 (UTC +04:00)
Vaksini ilk növbədə "şəkərim, təzyiqim var" deyənlər vurdurmalıdır - Həkim

Bakı. İlhamə İsabalayeva - Trend:

İnsan COVİD-19-a qarşı vaksin vurdurduqdan sonra özünü psixoloji olaraq rahat hiss edir.

Bunu Trend-ə "Yeni klinika"nın həkim anestezioloq-reanimatoloqu Təbriz Naibov deyib.

Onun sözlərinə görə, artıq COVİD-19-a qarşı peyvəndin iki dozasını da vuraraq vaksinasiya prosesini tamamlayıb:

"Hər iki dozanı vurdurduqdan sonra özümü yaxşı hiss etmişəm. Heç bir mənfi təsir müşahidə edilməyib. Yanaşı xəstəliyi olan bəzi şəxslər vaksin vurdurmaqdan qorxurlar. Deyirlər ki, şəkərim, təzyiqim var, birdən vaksini vurdursam, vəziyyətim pisləşər. Amma vaksini elə ilk növbədə belə şəxslər vurdurmalıdırlar. Çünki virusa yoluxarlarsa, xəstəliyi ağır keçirə bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti