...

"Təhsil-Tələbə Krediti" sisteminin yaradılması nəzərdə tutulur

Cəmiyyət Materials 10 Mart 2021 15:50 (UTC +04:00)
"Təhsil-Tələbə Krediti" sisteminin yaradılması nəzərdə tutulur

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda bu il ərzində "Təhsil-Tələbə Krediti" sisteminin yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, bu məqsədlə 2021-ci il üçün təsdiq edilmiş dövlət büdcəsində 80 milyon manat vəsait nəzərdə tutulur. Sistemin hüquqi təminatı üçün Təhsil Nazirliyi tərəfindən "Təhsil-Tələbə Krediti Fondu"nun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin fərmanının layihəsi hazırlanıb. Layihə hazırda razılaşdırma mərhələsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti